Səfir: «ABŞ Azərbaycana hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif edib»
16.09.2016 597 0.0 0

ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığı mövcuddur.  Məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ABŞ-ın Azərbaycan və Ermənistana müdafiə məqsədi ilə cüzi silah satması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

 

O, həmsədrin açıqlaması ilə tanış olmadığını bildirib: “Onu deyə bilərəm ki, bizim hərbi əməkdaşlığımız Azərbaycan Silahlı Qüvvələrini NATO qüvvələrinə uyğunlaşdırmaqdan ibarətdir".

 

Səfir ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini bildirib. R.Sekuta bildirib ki, buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir: “Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir”.

 

Səfir, həmçinin,  özünün geri çağırılması ilə bağlı fikirləri "absurd" adlandırıb. 

 

Onun sözlərinə görə, ABŞ və Azərbaycan bir sıra məsələlər üzrə uzun müddətdir ki işləyir və hazırda da işləməkdədirlər: “11 sentyabr hadisələrindən sonra Azərbaycan sülhyaratma əməliyyatlarında bizimlə işləyir. Azərbaycan hərbçiləri Əfqanıstanda çiyin-çiyinə ABŞ döyüşçüləri ilə işləyir. Biz Azərbaycanın terrorizmə qarşı səylərini, tolerantlıq dəyərlərini çox vacib hesab edirik. ABŞ bu fəaliyyətləri yüksək qiymətləndirir. Biz hazırda Avropanın enerji təhlükəsizliyi üçün vacib olan Cənub Qaz Dəhlizi üzərində çalışırıq. Biz Azərbaycanla güclü çiçəklənən inkişaf edən demokratik ölkə qurmaq istiqamətində işləməyə davam edirik. İki ölkənin keçmiş birgə fəaliyyətlərinə, indiki və gələcəkdəki əməkdaşlığına baxsaq o açıqlamaların nə dərəcədə yanlış olduğunu görərik". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar