Sədr: Qiymətlər dəyişəcək
13.05.2015 786 0.0 0

“Biz bəzi tariflərdə dəyişikliklər edəcəyik. Sosial qiymətlərlə xidmət göstərən plaskart qatarlarda qiymət dövlət tərəfindən tənzimlənəcək. Ancaq VİP qatarlar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyən ediləcək”.

Məlumata görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, insanların Sumqayıtdan Bakıya gəlmə vaxtını və avtobuslara ödədiyi pulları nəzərə alaraq qatarların orta qiymətini müəyyən edəcəklər. “Elə edəcəyik ki, nə şiş yansın nə kabab. Mən özüm yoxlatdırmışam, avtobusla Sumqayıtdan Bakıya gəlmək 1 manata başa gəlir. Sumqayıtın içində avtobusa pul verib avtovağzala gəlirsən. Oradan bir də pul ödəyib metroya getmək lazımdır. Bu zaman həm çox vaxtın, həm də pulun gedir. Bununla yanaşı, vətəndaşın istifadə etdiyi nəqliyyatda WİFİ, keyfiyyətli xidmət yoxdur. Amma bu qatarlar vasitəsilə insanlar Sumqayıtdan 40 dəqiqəyə Bakıya, özü də birbaşa 28 May metrostansiyasına gələcəklər. Qiymətləri elə tənzimləyəcəyik ki, əhaliyə ziyan olmasın”./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar