Səbail RİH-nin rəhbərliyi və rayon ictimaiyyəti Tərtər rayonunda hərbi hissəyə baş çəkiblər
18.03.2017 793 0.0 0

Novruz bayramı ərəfəsində Səbail Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və bir qrup incəsənət xadimi Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərə baş çəkiblər.
Səbail RİH-dən verilən məlumata görə, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə keçən ilin aprelindəki döyüşlər zamanı azad olunmuş ərazilərdə yerləşən ön mövqe postlarına gedib, orada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıblar.
Hərbi hissədə ilə tanışlıqdan sonra şəxsi heyətlə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayonunun icra hakiminin birinci müavini Xalidə Bayramova Novruz bayramı münasibəti ilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.
Sonra Müdafıə Nazirliyi Mərkəzi Zabitlər evinin ansamblı və solistləri tərəfindən əsgərlərimiz üçün böyük konsert proqramı təşkil olunub. İncəsənət xadimlərinin gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanıb.
Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər./Report/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar