Rusiyanın Yunanıstandakı konsulu evində ölü tapılıb
09.01.2017 928 0.0 0

Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanın vəfat edib.

 

Qazeta.info APA-ya istinadən xəbər verir ki, konsul yaşadığı evdə ölü tapılıb.

 

Diplomat səhər işə gəlməyib, telefon zənglərinə cavab verməyib. Onun meyitini həmkarları və polis axşam aşkarlayıb.

 

Afina polisinin məlumatına görə, 55 yaşlı diplomat təbii səbəblərdən dünyasını dəyişib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar