Rusiyanın tanınmış aktyoru vəfat edib
22.12.2016 609 0.0 0

Rusiyanın tanınmış aktyoru Vyaçeslav Şaleviç vəfat edib.

 

Məlumata görə, bu barədə TASS agentliyinə Vaxtanqov teatrının direktoru Kirill Krok xəbər verib.

 

82 yaşlı xalq artistinin halı dekabrın 1-də səhnədə olarkən pisləşib. Dekabrın 3-dən xəstəxanaya yerləşdirilən V.Şaleviç bu axşam dünyasını dəyişib.

 

1958-ci ildən etibarən  bir çox filmlərə çəkilən V.Şaleviç kinoda uğurlu rollar yaradıb. 1998-2011-ci illərdə R.Simonov adına Moskva dramatik teatrının rəhbəri olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar