Rusiyanın müdafiə naziri İranda rəsmi səfərdədir
21.02.2016 500 0.0 0

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 21-də İrana rəsmi səfər edib.
 
RİA “Novosti” agentliyinə istinadən verilən məlumata görə, S. Şoyqu səfər çərçivəsində İran prezidenti və müdafiə naziri ilə görüşəcək.  
 
Qeyd edək ki, Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin fevralın 20-də verdiyi açıqlamasında İranın əlavə S-300 zenit-raket kompleksləri almaqda maraqlı olduğunu bildirmişdi.   
 
Ötən ilin noyabrında Rusiya və İran S-300 zenit-raket komplekslərinin satışına dair müqavilə imzalayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar