Rusiyanın BMT-dəki nümayəndəsi: `ABŞ-la dialoqa hazırıq`
10.02.2018 693 0.0 0

“Rusiya ABŞ-la dialoqa hazırdır”.

 

RİA “Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi  Vasili Nebenzya deyib.

 

V.Nebenzya bildirib ki, bu dialoq təkcə hər iki ölkə üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün vacibdir.

 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Xeylinin “Rusiya dəyər və davranışlarını dəyişməyənə kimi ABŞ-ın dostu olmayacaq” fikrinə münasibət bildirən Rusiya təmsilçisi deyib ki, Rusiyanın kiminləsə dost olmağa ehtiyacı yoxdur: “ Biz istəmirik ki, kimsə bizi sevsin. Biz sadəcə, mədəni əlaqələr qurmaq istəyirik”.

 

Vasili Nebenzya hazırda ABŞ və Rusiya arasında əlaqələrin yaxşı getmədiyinə toxunub və bunda Rusiyanın günahı olmadığını vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar