Rusiyanın `Nüvə triadası` gücləndirilmiş heyətlə döyüş növbəsinə başlayıb
28.02.2022 285 0.0 0

 Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Strateji Raket Qüvvələri, Şimal və Sakit Okean Donanmaları, eləcə də Uzaqmənzilli Aviasiyanın gücləndirilmiş heyətlə döyüş növbətçiliyini yerinə yetirməyə başlayıb.
Qazeta.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumatda görə, “ Rusiya Federasiyasının müdafiə naziri , ordu generalı Sergey Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə məruzə edib ki, onun əmrinə uyğun olaraq, ordunun komandanlıq məntəqələrində növbələr keçirilir. Strateji Raket Qoşunları , Şimal və Sakit Okean Donanmaları və Uzunmənzilli Aviasiya Komandanlığı gücləndirilmiş şəxsi heyətlə döyüş növbətçiliyini yerinə yetirməyə başlayıb”, - deyə hərbi idarədən bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar