Rusiyada yeniyetmə qızı zorlayıb öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb
15.07.2017 939 0.0 0

Rusiyada yeniyetmə qızı zorlayıb öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

 

“newsru.com” saytına istinadən verilən məlumata görə, 29 yaşlı Əlizadə Qismət Şimali Osetiyadan İnquşetiyaya keçmək istəyərkən tutulub.

 

Onunla əlbir olan 26 yaşlı digər şəxs də saxlanılıb. İstintaqın qənaətinə görə, iyulun 10-da Novorossiysk şəhərində saxlanılan şəxslər 15 yaşlı Yekaterina Bibiki zorlayıb öldürüblər. Yeniyetmənin meyiti 3 gün sonra meşə massivlərinin birində aşkar edilib. Məsələ ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.

 

Saxlanılan şəxslər ömürlük həbs cəzası ala bilər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar