Rusiyada güləş çempionatında tapança çıxarılıb
16.05.2016 1187 0.0 0

Yeniyetmələr arasında keçirilən Rusiya çempionatında qalmaqal baş verib. "Qol.az"-a istinadən xəbər verilir ki, məğlubiyyəti həzm edə bilməyən çeçen idmançı qarşılaşma bitən kimi gözlənilmədən rəqibinin üzərinə hücum edib. Bundan sonra onun Çeçenistan komandasının tərkibinə daxil olan şəxslər meydana daxil olub. 

Bu zaman onlardan biri tapança çıxararaq hədə-qorxu gəlməyə başlayıb. Lakin sonradan aranı sakitləşdirmək mümkün olub və kimsəyə silahla xəsarət yetirilməyib. /İnterAz /

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar