Rusiyada azərbaycanlılar arasında baş verən silahlı insidentin təfərrüatları məlum olub
07.07.2015 551 0.0 0
Tovuz rayonunun Düzqırıqlı kəndinən olan Sərxan Məmmədov həmkəndlisi Təyyar Zeynalabdiyevə 3 dəfə odlu silahdan atəş açıb

 

Rusiya Federasiyasının Saxalin vilayətində azərbaycanlılar arasında baş verən silahlı insidentin təfərrüatları məlum olub.

 

 Rusiya bürosunun məlumatına görə, hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən “VTB Bank”ın yaxınlığında baş verib. 30 yaşlı Məmmədov Sərxan Şamil oğlu ilə 27 yaşlı Zeynalabdiyev Təyyar Akif oğlu arasında məişət zəminində yaranan mübahisə ikincinin yaralanması ilə nəticələnib. Belə ki, S. Məmmədov üstündə gəzdirdiyi tapança ilə tanışı T. Zeynalabdiyevə üç dəfə atəş açıb. Güllələrin biri maşına, biri isə T. Zeynalabdiyevin ayaq nahiyəsinə dəyib. Yaralı şəhər xəstəxanasına yerləşdirilib. S. Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, istintaqa ilkin ifadəsində T. Zeynalabdiyevə öldürmək üçün deyil, qorxutmaq məqsədilə atəş açdığını söyləyib.
   
Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmovun  verdiyi məlumata görə, yaralı Təyyar Zeynalabdiyevin vəziyyəti normaldır, həyatı üçün heç bir təhlükə yoxdur. Diaspor rəhbəri Rusiya vətəndaşı olan hər iki şəxsin əslən Azərbaycanın Tovuz rayonunun Düzqırıqlı kəndindən olduqlarını bildirib. 

 

*** *** ***

 

Saat 11.01

 

Rusiyada azərbaycanlılar arasında atışma baş verib
  
Rusiyanın Saxalin vilayətində azərbaycanlılar arasında silahlı insident baş verib.  Rusiya bürosunun məlumatına görə, hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən “VTB Bank”ın yaxınlığında baş verib. 
 
30 yaşlı adı açıqlanmayan azərbaycanlı avtomobildə olan 27 yaşlı həmyerlisinə odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Ayağından güllə yarası alan həmyerlimiz şəhər xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Cənubi-Saxalin şəhəri üzrə şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar