Rusiya XİN: Rusiya və Qərb arasındakı fikir ayrılığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir göstərməməlidir
28.08.2015 656 0.0 0

Rusiya və Qərb arasındakı fikir ayrılığı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işinə təsir göstərməməlidir.

Məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Rusiyanın hər hansı ölkə ilə bizim günahımız olmadan yaranan fikir ayrılığı, ümid edirəm ki, Rusiya və ABŞ-ın da daxil olduğu ATƏT Minsk qrupunun işinə təsir göstərməyəcək”, deyə Zaxarova qeyd edib.  
 
“Rusiya tərəfindən heç bir problem və ya suallar ola bilməz”,  deyə Rusiya XİN sözçüsü vurğulayıb.
 
 
“Biz bu formatın iştirakçılarıyıq və öhdəliklərimizə çox məsuliyyətlə yanaşırıq. Bu qrupun gündəliyində nə dərəcədə ciddi mövzunun olduğunu anlayırıq”, deyə M.Zaxarova vurğulayıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar