Rusiya XİN: Moskva ilə NATO arasında birbaşa toqquşma təhlükəsi var
02.03.2022 502 0.0 0

Rusiya ilə NATO arasında birbaşa toqquşma təhlükəsi var.

Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Rossiya 24” telekanalının efirində bildirib.

“Risklər (Rusiya və NATO qüvvələri arasında toqquşma) təbii ki, yaranır və biz, əlbəttə, silah təchizatından narahatıq, bütün bunlar çox təhlükəlidir. Hansısa insidentin baş verməyəcəyinə heç bir zəmanət yoxdur”, - Rusiya XİN başçısının müavini vurğulayıb.

Diplomat əlavə edib ki, Avropada NATO mərkəzli strukturun formalaşması dalana aparan yoldur: “Əgər siz təhlükəsizlik maraqlarını ön plana çəkirsinizsə, onda gec-tez Avropa başa düşməlidir ki, belə bir NATO mərkəzli arxitekturanın formalaşması heç bir yerə aparmır, bu, sadəcə olaraq özünüzü yumşaq şəkildə desək, hərbi planlaşdırma obyektinə çevirməkdir"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar