Rusiya XİN: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti dəqiqləşdirəcək
08.06.2017 816 0.0 0

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, həmsədrlərin iyunun 10-u Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Həmsədrlər daha sonra Dağlıq Qarabağa səfər edəcəklər. Bir həftə sonra isə onların Bakıya səfəri nəzərdə tutulub.

M.Zaxarova qeyd edib ki, bu səfərlər nəticəsində birgə bəyanat yayımlanacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar