Rusiya XİN ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmasını şərh edib
06.07.2017 1126 0.0 0

Rusiya Xarici İşlər Nazirliyi bügünlərdə Füzuli rayonunun Alxanlı kəndində baş verən son insident zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı diləyir.

Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq", - M.Zaxarova vurğulayıb.

O, rəsmi Moskvanın ATƏT-in Minsk qrupunun zorakılığın dayandırılması və müzakirələrə yenidən başlamaqla bağlı son bəyanatını dəstəklədiyini bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar