Rusiya XİN: `3+3` siyasiləşdirilməmiş format kimi yaradılıb
27.12.2021 157 0.0 0

“3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri ilə qonşularını bir-birinə yaxınlaşdırmağa yönəlmiş praqmatik, siyasiləşdirilməmiş format kimi yaradılıb və artıq fəaliyyət göstərir.

Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində bildirib.

“Birgə işimizdə biz ümumi maraq kəsb edən və etimad tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən məsələlərə: iqtisadi-ticarət, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırış və təhdidlərlə mübarizə məsələlərinə diqqət yetiririk. Dekabrın 10-da Moskvada keçirilən birinci iclas göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoqun dəstəklənməsində deyil, həm də praktiki əməkdaşlığın qurulmasında maraqlıdırlar. Təəssüf edirik ki, platformanın işində iştirak etməyin aşkar faydalarına baxmayaraq, Tbilisi ilk iclasa öz nümayəndələrini göndərmədi. Bununla belə, bütün iştirakçılar Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildiriblər və razılaşıblar ki, bu ölkə üçün “qapı” açıq qalır”, - Rusiya XİN başçısının müavini vurğulayıb./APA/


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar