Rusiya və ABŞ Baş Qərargah rəisləri Suriyada təhlükəsiz zonaları müzakirə ediblər
09.08.2017 617 0.0 0

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov amerikalı həmkarı Cozef Danfordla Suriyanın cənub-qərbində təhlükəsiz zonaların fəaliyyətini müzakirə ediblər. 

 

Qazeta.info APA-ya  istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

“Telefon danışığı zamanı Suriya və İraqdakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, beynəlxalq terror təşkilatları ilə mübarizə üzrə gələcək addımlar, Suriyanın cənub-qərbində təhlükəsiz zonasının fəaliyyətinə dair məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar