Rusiya səfirliyi yandırıldı - VİDEO
10.03.2016 1236 0.0 0

 

Rusiyanın Kiyevdəki səfirliyinə növbəti hücum olub. Qazeta.info bildirir ki, APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, naməlum şəxslər səfirlik binasına "Molotov kokteylləri" atıblar.

Xatırladaq ki, Ukrayna paytaxtında Rusiya səfirliyinə hücumlar Donetskdə Nadejda Savçenkonun məhkəməsi başlayandan bəri intensivləşib. Lvov və Odessada da etiraz aksiyaları keçirilib.

Lvovda aksiya iştirakçıları rus konsulluğunun binasını yumurta atəşinə tutublar. Ali Radanın deputatı Vladimir Parasyuk isə Rusiya bayrağını cırıb.

Xatırladaq ki, məhkəməsi keçirilən Nadejda Savçenko Donbasda rusiyalı jurnalistlərin qətlində ittiham olunur və o, 25 il azadlıqdan məhrum edilə bilər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar