Rusiya səfirinin qətli ilə bağlı istintaq qatilin FETÖ-çularla əlaqəsinin izinə düşüb
22.12.2016 881 0.0 0

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Altıntaşın təmasda olduğu şəxslərdən 8-nin FETÖ-çuların üstünlük verdiyi “ByLock” şifrəli məlumatların mübadiləsi proqramından istifadə etdiyi müəyyənləşib.

 

“Anadolu”-ya istinadən verilən xəbərə görə, istintaq beş polis əməkdaşının, habelə polis komissarı və onun müavininin “ByLock” proqramından istifadə etdiyini müəyyənləşdirib.  

 

Hazırda qatilin qeyd olunan şəxslərlə əlaqələrinin xarakteri aydınlaşdırılır.  

 

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

 

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

 

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar