Rusiya ərazisində Türkiyə hərbçilərinə abidə qoyulacaq
15.02.2017 842 0.0 0

Türkiyə Böyük Millət Məclisi Rusiya ərazisində dəfn edilən türk əsgərlərinin xatirəsinə abidə qoyulması haqqında hökumətlərarası razılaşmanı təsdiqləyib.

TRT-yə istinadən xəbər verilir ki, Rusiyanın Krasnoyarsk diyarında I Dünya müharibəsində itkin düşmüş Türkiyə hərbçilərinin dəfn edildiyi yerdə memorial tikiləcək.

Məlumata görə, Rusiyanın Vladivostok, Petrovsk və Kirov şəhərlərində dəfn edilən Türkiyə əsgərlərinin pasportlaşdırılmasının aparılması və onların hər birində abidənin ucaldılması planlaşdırılır.

Qeyd edək ki, uyğun sənəd Türkiyə və Rusiya xarici işlər nazirlərinin 2012-ci il dekabrın 3-də iki ölkənin Ali Əməkdaşlıq Şurasının III iclasında imzalanıb.

Rusiya bu sənədi 2013-cü il dekabrın 11-də imzalayıb.

Razılaşma Türkiyə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar