Rusiya qırıcısının səhvi, yoxsa `yanlış koordinasiya`? - Türkiyə SQ-dən cavab
10.02.2017 976 0.0 0

Türkiyə Silahlı Qüvvələri (SQ) ötən gün Suriyada Rusiya qırıcısının türk hərbçilərin ölümü ilə nəticələnən zərbəsinin "yanlış koordinasiya" ilə əlaqələndirilməsinə münasibət bildirib.

Məlumata görə, Türkiyə SQ Baş Qərargahının bəyanatında bildirilir ki, aviazərbə nəticəsində həlak olan türk hərbçilər 10 gündür eyni nöqtədə idilər:

"Türkiyə SQ-nin üzvlərinin olduğu nöqtənin koordinatları son dəfə fevralın 8-i saat 23:11-də Hmeymimdəki Əməliyyat Mərkəzində müvafiq heyətə təkrar ötürülüb".

Qeyd edək ki, ötən gün Suriyada Rusiya qırıcısı türk hərbçilərin olduğu binanı atəşə tutub. Nəticədə Türkiyənin 3 hərbçisi ölüb, 11-i yaralanıb.

 

Rusiya tərəfi bunu "yanlış koordinat" verilməsi ilə əlaqələndirirdi./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar