Rusiya prezidenti NATO-nun hərbi xərclərinin artırılmasını şərh edib
31.05.2017 807 0.0 0

Rusiya prezidenti Vladimir Putin NATO-nun Moskva ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olması barədə bəyanatı fonunda Alyansın hərbi xərcləri artırmaq planını ziddiyyətli adlandırıb.   
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu V. Putin “Le Figaro” nəşrinə müsahibəsində bildirib.
 
“NATO-nun sammitində Alyansın Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olması barədə bəyanatlar verildi. Belədirsə, onda hərbi xərclər niyə artırılır? Kimə qarşı müharibə elan etməyə hazırlaşırlar? Burada bəzi daxili təzadlar var. Lakin bu Alyansın öz daxili işidir”, - deyə Putin qeyd edib.      
 
“NATO özü qoy ayırd etsin, kim, nəyə görə və nə qədər ödəniş etməlidir. Bu bizi o qədər də narahat etmir. Biz öz müdafiə qabiliyyətimizi möhkəmləndiririk – və bunu gələcək perspektivə əsaslanaraq davamlı edirik. Biz özümüzə güvənirik”, - deyə dövlət başçısı qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar