Rusiya komandaları üçün əla gün
17.06.2015 769 0.0 0
Rusiya qadınlar arasında qalib olaraq yarımfinala yüksəldi

Su polosu üzrə kişilər və qadınlardan ibarət Rusiya komandaları çərşənbə axşamı keçirilən oyunda qalib oldu.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, B qrupunda liderliyi ələ alan qadınlardan ibarət komanda birbaşa yarımfinala vəsiqə qazandı və çərşənbə günü Serbiya ilə görüşə hazırlaşır. Qadınlar komandasının məşqçisi Andrey Belofastov qızların gənc olduğunu deyir:

Hazırlaşmaq üçün bir neçə günə ehtiyacımız var. Çünki qızlarımız olduqca gəncdir, hər gün yarışa çıxmaq onlar üçün olduqca çətindir. Yarımfinal üçün gərgin məşqlər etməliyik. Dörddəbir finalda mübarizə aparmaqla, rəqiblərimizin gücünü öyrənəcəyik.-Məşqçi Andrey Belofastov

Yunanıstan  A qrupunda ilk görüşdə 3 xal qazanaraq siyahıda ön sıralara keçməyi bacarıb. Çərşənbə günü keçiriləcək 1/4 final oyununda Macarıstan İspaniyaya, İtaliya isə Hollandiyaya qarşı mübarizə aparacaq

"Nəticələr heç nəyi dəyişməyəcək, ancaq biz İspaniyanı məğlub edəcəyik" - çərşənbə axşamı Böyük Britaniyanı 16-4 hesabı ilə məğlub edən Anna Mandula (HUN) müsahibəsində bildirib.

2013-cü ildə Yeniyetmələr arasında Avropa çempionu titulunu qazanan Monteneqro kişilər arasında keçirilən təsnifat mərhələsində Rusiya komandası tərəfindən 11-8 hesabı ilə məğlub edildi. Və Rusiya bu qələbə ilə 1/4 finalda İspaniya - Rusiya qarşılaşmasına vəsiqə qazandı.

 

Məşq oyunlarında Barselonada iki dəfə İspaniya komandası ilə üz-üzə gəlmişik. Onların gücünü, imkanlarını və oyun üslubunu yaxşı bilirəm. Ümid edrəm ki, onlar bizim oyun üslubumuzu artıq unudublar.-Baş məşqçi Aleksandr Yerişov

Kişilər arasında mübarizədə Yunanıstan Fransanı 16- 7 xal hesabı ilə məğlub edərək dörddəbir finalda Macarıstana qarşı mübarizəyə vəsiqə qazandı, Almaniya isə Xosvatiya ilə qarşılaşmasına Slovakiyanı 13-7 hesabı ilə məğlub edərək hazırlaşır. Serbiya çərşənbə günü dörddəbir finalın digər mərhələsində İtaliya ilə mübarizə aparacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar