Rusiya Ermənistandakı bazadan Ukraynadakı müharibəyə bölmələr köçürməyi planlaşdırır
18.03.2022 282 0.0 0

Rusiya Federasiyası Ermənistandakı Rusiya bazasından ayrı-ayrı bölmələri Ukraynaya qarşı müharibəyə köçürməyi planlaşdırır.

UNİAN-a istinadən verilən məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsində saat 18:00-a olan əməliyyat məlumatında paylaşım edib.“Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə keçirilməsini planlaşdırır”, - məlumatda deyilir.

Ayrı-ayrı rus hərbçilərinin döyüş əməliyyatlarında iştirakdan imtina etməsi təsdiq edir ki, bu da Ukrayna müdafiə qüvvələri ilə toqquşmalardan sonra Rusiya hərbçilərinin mənəvi-psixoloji durumunun aşağı olması ilə bağlıdır.

“Beləliklə, xüsusən də Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın rusiyalı hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib”, - deyə məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiya qoşunlarının şəxsi heyətinin ruhdan düşdüyünü, intihar və özünü yaralamaq hallarının tez-tez artdığını qeyd edir.

“Müsbət nəticələrin olmaması və qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının 45-ci xüsusi təyinatlı briqadasının komandiri, polkovnik Vadim Pankovun istefaya göndərilməsi planlaşdırılır. O, Qostomel aerodromunda döyüş tapşırığını yerinə yetirməməkdə təqsirləndirilir”, - deyə məlumatda bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar