Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır - XİN
13.01.2022 251 0.0 0

Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır.

Bildirək ki, bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.

Zaxarova gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya və demarkasiya prosesinin başlanmasında gördüyünü bildirib.

O qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar