Rusiya Dövlət Dumasında təmsil olunacaq partiyaların adları açıqlanıb
19.09.2016 441 0.0 0

Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar bülletenlərin 93 faizi sayılıb.

 

Rusiya mətbuatına istinadən verilən məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) əldə olunmuş nəticələrə əsasən Dövlət Dumasında təmsil olunacaq partiyaların adlarını açıqlayıb.

 

Beləliklə, Dövlət Dumasında 54,27 faiz səs toplamış Vahid Rusiya Partiyası, Kommunist Partiyası (13,46 faiz səs), Liberal Demokrat Partiyası (13,25 faiz səs) və Ədalətli Rusiya Partiyası (6,17 faiz səs) təmsil olunacaq. Səslər 100 faiz sayıldıqdan sonra bu nəticələrdə ciddi dəyişiklik olacağı gözlənilmir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar