Rusiya Azərbaycana `PDM-3` tədarükünü 2018-ci ildə tamamlamağı planlaşdırır
31.08.2017 831 0.0 0

Rusiya 2010-cu ilin müqaviləsi üzrə Azərbaycana piyadaların döyüş maşını "PDM-3"ün tədarükünü gələn il başa çatdırmağı planlaşdırır. 

Bu barədə TASS-a istinadən xəbər verliir.

"Çatdırılmanın tamamlanması 2018-ci ilə planlaşdırılır", - hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə bildirib.

Xatırladaq ki, rəsmi Moskva və Bakı 2010-cu ildə silah və texnikanın böyük partiya ilə tədarükünə dair razılıq əldə edib.

KİV-in məlumatına görə, söhbət "T-90S" tanklarının üç batalyonundan, özüyeriyən artilleriyadan, reaktiv yaylım atəşi sistemlərindən və ağır alovsaçan sistemlərdən gedir. Eyni zamanda, Azərbaycan təmir-köçürmə və mühəndis maşınları da alıb. Ekspertlərin qiymətləndirməsinə əsasən, müqavilələr paketinin dəyəri 1 milyard dollar təşkil edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar