Rus qırıcısı ABŞ təyyarəsini təqib edib
12.06.2015 683 0.0 0

Rusiyanın qırıcı təyyarəsi ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin yanından keçib.

Məlumata görə, hadisə mayın 30-da Qara dəniz üzərində Beynəlxalq Hava məkanında olub. Rusiya qırıcısı Amerika kəşfiyyatçısının yanında onunla eyni hündürlükdə uçub. Daha sonra qırıcı təyyarə kursunu dəyişərək çox yaxın məsafə saxlamaqla bir müddət ABŞ kəşfiyyatçısını izləyib.

Hadisə haqqında əlavə məlumat verilməsə də, bildirilib ki, ABŞ kəşfiyyatçı təyyarəsinin qırıcıdan uzaqlaşmaq üçün heç bir manevr etməsinə ehtiyac qalmayıb. Hərbçilər həmçinin diplomatik etirazın göndərilib-göndərilməməsi haqqında da heç bir söz deyə bilməyiblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar