AZƏRBAYCANLA İRAN ARASINDA POÇT XİDMƏTİ FƏALİYYƏTƏ BAŞLAYACAQ
21.12.2014 842 0.0 0

Azərbaycan və İranın poçt operatorları sərhədyanı zonalarda sahibkarlıq subyektlərinə xidmətlər göstərəcəklər. Bunu  Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, iki ölkənin poçt operatorları arasında əməkdaşlığın genişləndirilməsi İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində noyabrda imzalanmış anlaşma memorandumunda qeyd edilib.

Sənədi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

Sənəd dövlət başçısı tərəfindən dekabrın ortalarında təsdiq edilib.

Poçt rabitəsi sahəsində əməkdaşlıq çərçivəsində poçt markalarının birgə buraxılması, sərhədyanı ərazilərdə poçt xidmətlətinin təşkili və sahibkarlıq subyektlərinə poçt rabitəsi xidmətinin göstərilməsi nəzərdə tutulur.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar