RUS HƏBİÇİSİNİN YARALADIĞI 6 AYLIQ KÖRPƏ ÖLDÜ
19.01.2015 930 0.0 0
Rus hərbçi Valeri Permyakovun Gümrü şəhərində Avetisyan ailəsinin yaşadığı evə hücumu nəticəsində yaralanmış 6 aylıq Seryoja Avetisyan xəstəxanada dünyasını dəyişib.

 

Xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Qeyd edilir ki, yerli və xarici həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

6 aylıq S. Avetisyanda ürək-damar, ciyər və böyrək çatışmazlığı əmələ gəlib. Nəticədə bu faktorlar uşağın ölümünə səbəb olub.

 

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar