Rus generalı atəşə tutuldu (VİDEO, FOTO)
24.03.2015 684 0.0 0

Rusiya generalı Donetsk ərazisində Ukrayna silahlı qüvvələrinin atəşi altına düşüb. 

Məlumata görə, Donetsk vilayətinin Şirokino qəsəbəsində baş verən hadisə haqda Rusiya mətbuatı yazıb.

Rusiya Federasiyasının generalı Aleksandr Lençov əlaqə qrupunun heyətində həmin ərazidə olub. Generalla birgə qrupun heyətində "Donetsk" və "Luqansk" xalq respublikalarının nümayəndələri də atəşə tutulub. 

Donetsk ərazisində Şirokino qəsəbəsi altında atəşə tutulan nümayəndələrə PTUR-dan və böyuk kalibrli pulemyotdan atəş açılıb. Rusiya mətbuatı Donetskdə olan Rusiya general-polkovniki Aleksandr Lençovun sülh prosesini müşahidə etdiyini qeyd edib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar