İRAN İŞİD-İN HANSI MƏQSƏDLƏ YARADILDIĞINI AÇIQLADI
16.01.2015 980 0.0 0

İran Baş qərargah rəisi general Firuzabadi, IŞİD-in yaranmasında İngiltərəni  səbəkar göstərdi.

İran Baş qərargah rəisi general Həsən Firuzabadi, terror təşkilatı IŞİD-in "İngiltərənin çirkli siyasəti" nəticəsində ortaya çıxdığını bildirib. İranın rəsmi agentliyi IRNA-nın xəbərinə görə, ölkənin "dini mərkəzi" mövqesindəki Qum şəhərində çıxış edən Firuzabadi, IŞİD-ə qarşı tənqidlər də edib.

IŞİD-in quruluşu və ilk dövrlərində El-Kaidəylə əlaqələrinə toxunan Firuzabadi, "Sələfi və tekfirci terror təşkilatı İŞİD, müstəmləkəçi İngiltərənin çirkli siyasəti nəticəsində ortaya çıxmışdır. Düşmən, sionist rejim və İngiltərənin maliyyə dəstəyi, Əməvi və Abbasilərin xilafət nizamını qurmaq istəyir. İndiki vaxtda İŞİD, İslam və şiəliyin ən böyük düşməndir " deyə bildirib.

Firuzabadi 17 dekabrda, "Səudiyyə Ərəbistanının neft gəlirləri, İŞİD kimi terrorist və radikal qrupların xidmətində. Səudiyyə Ərəbistanı, neft istehsalını artıraraq Qərbi yanacaq baxımından zəmanət altına alır. Bu ölkə,İŞİD kimi terrorist təşkilatların qurucusu və organizatörüdür" iddiası ilə çıxış edib .


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar