Rubl kəskin bahalaşdı
16.04.2015 800 0.0 0

Rusiyada dolların məzənnəsi kəskin aşağı düşüb.

Məlumata görə, Moskva birjasında 2014-cü ilin noyabr ayından bu yana ilk dəfə olaraq 50 rubla qədər düşüb.

Avro isə 1,1 rubl ucuzlaşaraq 53,07 rubl olub.

Qeyd edək ki, aprelin ilk on günlüyündə avro Rusiya valyutasına nisbətdə 1,37 rubl ucuzlaşmışdı və 53,84 rubla bərabər olmuşdu. Dolların məzənnəsi isə 1,04 rubl ucuzlaşaraq 50,82 rubla bərabər idi.

Xatırladaq ki, rubl Rusiya Federasiyasının rəsmi pul vahididir. Rublun xarici valyutalarla mübadiləsi məzənnəsi Rusiyanın Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Rublun məzənnəsi Rusiya Mərkəzi Bankının son əmrinə qədər rəsmi iş günlərində qüvvədə olur./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar