Rövşən Lənkəranskinin 17 il öncəki görüntüləri ortaya çıxdı (VİDEO)
17.07.2017 1164 0.0 0

Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

 

Məlumata görə, videodan görünür ki, Rövşən Lənkəranski toyda dost-tanışları ilə rəqs edir.

 

17 il əvvəl çəkilən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İnsanların daha çox diqqətini "Qanuni oğru”nun ədəb-ərkanla rəqs etməsi, ətrafındakı insanlara hörmətlə yanaşması çəkib.

 

Xatırladaq ki, 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində R.Lənkəranski otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011" dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Rövşən Lənkəranski hadisə yerində həyatını itirib./Baku.ws/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar