Ronaldu azarkeşdən üzr istəyərək, onu oyuna dəvət edib
10.04.2022 370 0.0 0

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Everton"la Premyer Liqa matçından sonra sındırdığı telefona görə azarkeşdən üzr istəyib.

Məlumata görə, bu barədə 37 yaşlı hücumçu şəxsi instaqramında yazıb.

"Qırmızı şeytanlar"ın 0:1 hesabı ilə yenildiyi səfər qarşılaşmasının ardından Ronaldu paltardəyişmə otağına yollandığı vaxt azarkeşin əlindən vuraraq, telefonunu yerə salıb. Portuqaliyalı forvard belə anlarda emosiyalara hakim olmağın heç də həmişə asan olmadığını bildirib: "Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi "Old Trafford" stadionundakı oyunumuza baxmağa dəvət edirəm".

Hazırda "Mançester Yunayted" 31 oyundan 51 xalla 7-ci pillədə gedir. Növbəti oyun aprelin 16-da evdə "Norviç"ə qarşı olacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar