Ronaldu `Globe Soccer Awards` versiyası üzrə ilin ən yaxşı futbolçusu adını qazanıb
30.12.2019 559 0.0 0

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Bildirək ki, 2019-cu ilin ən yaxşı futbolçusu adına Portuqaliya millisinin və İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu layiq görülüb.

34 yaşlı forvard İngiltərə "Liverpul"unun hollandiyalı müdafiəçisi Vircil van Deyki, misirli hücumçu Məhəmməd Salahı, eləcə də İspaniya "Barselona"sının və Argentina yığmasının qolçusu Lionel Messini üstələyib.

Ronaldu ardıcıl dördüncü, karyerasında isə altıncı dəfə "Globe Soccer Awards" versiyası üzrə ən yaxşı sayılıb. Bu mövsüm təcrübəli forvard İtaliya A Seriyasında 14 oyuna 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Daha 2 qol və 1 məhsuldar ötürməni isə o, Çempionlar Liqasındakı 6 qarşılaşmada aktivinə yazıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar