Ərdoğan: Türkiyə Mosulun azad edilməsi əməliyyatında iştirak etmək niyyətindədir
14.10.2016 617 0.0 0

Türkiyə Mosulun İŞİD silahlılarından azad edilməsi əməliyyatında iştirak etmək niyyətindədir.
 
Reuters agentliyinə istinadən verilən xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
 
Onun sözlərinə görə, əgər rəsmi Vaşinqton və Bağdad türk hərbçilərinin köməyindən imtina etsə, o zaman Türkiyə “B” planını həyata keçirəcək.
 
Oktyabrın 13-də Türkiyə prezidentinin mətbuat katibi rəsmi Ankaranın Mosulun azad edilməsi əməliyyatının mənfi təsirindən, minlərlə qaçqının Türkiyə sərhədinə axışması ehtimalından ehtiyatlandığını ifadə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar