Ərdoğan ölən Suriyalı uşağın atası ilə əlaqə saxlayıb
06.09.2015 590 0.0 0

Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 3-ü Bodrumda sahilə vuran cansız bədəniylə dünya gündəminə gələn Ayla Kurdinin atası Abdullah Kurdiylə telefon əlaqəsi yaradaraq başsağlığı verib.

Məlumata görə, Rəcəb Tayyip Ərdoğan Abdullah Kurdini və iki uşağını baş verən dəhşətli faciə nəticədində itirməsi ilə bağlı dərindən kədərləndiyini bildirib: "O iki uşaq sizin olduğu qədər bizim də övladımız idi. Həmçinin xanımınız bizim bacımızdı".

Suriya və İraqdan ərəb, kürd, türkmənlərin də aralarında olduğu təxminən 2 milyon miqrantın Türkiyədə qonaq oldunduqlarına diqqəti çəkən Ərdoğan Kürdinin vətəni olan Kobaniiyə humanitar yardımların davam edəcəyini də vurğuladığı bildirilir.

 

Abdullah Kurdi

 

Türkiyə terror səbəbi ilə Kobanidən ayrılmaq məcburiyyətində qalan 220 min insana qucaq açıb. Bura gələn insanlardan 80 min adamın geri qayıtdığına, digərlərinin isə hələ də ölkədə qonaq olduqlarına diqqəti çəkən prezident Ərdoğan Qızılay və Türkiyədəki kömək üçün təşkilatların Kobanili qardaşlarına köməyi davam etdirəcəklərini bildirib. 

 

Ayla Kurdin və Qalip Kurdin

 

Abdullah Kurdi uşağı Ayla Kurdini dəfn edərkən./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar