Ərdoğan İŞİD-i məhv etmək istəyib, ancaq…
23.09.2016 828 0.0 0

ABŞ-ın Nyu York şəhərində türklərlə görüşən Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Cocef Baydenlə aralarında baş tutan bir dialoqu danışıb.

 

Məlumata görə, prezident ABŞ-ın Yaxın Şərqdə terrorçuluqla mübarizədə səmimi olmadığını deyib:

 

“Koalisiya qüvvələrinə 65 ölkə daxildir. Bir İŞİD-i yox edə bilməyəcəyik? İŞİD-in hazırda Suriyada 10 min döyüşçüsü var. İraqda da 10 min döyüşçü var. Dəfələrlə onlara dedim, əl-ələ verək, bitirək bu İŞİD-i, qaçmağa dəlik axtarsınlar.

 

Yenə deyirəm, siz başqa terror təşkilatı ilə danışıqlara getsəniz, PYD və YPG ilə iş bitməz. Çünki onlar da terror təşkilatıdır. Hamısı terrorçudur, hamısı pisdir. Nüsrə Cəbhəsi də İŞİD-ə qarşı savaşır. Ona yaxşı demirsiniz, amma YPG, PYD-yə yaxşı deyirsiniz.

 

ABŞ Kobanidə terrorçu təşkilatlara silah verib. Dünən cənab Baydendən soruşdum ki, bundan xəbəri varmı? “Yox” dedi. Ancaq mənim xəbərim var, - dedim. Bu hal əvvəl də təkrarlanmışdı”./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar