Ərdoğan: `Türkiyə, Rusiya və İran bütün sahələrdə əlaqələrini inkişaf etdirməlidirlər`
22.11.2017 678 0.0 0

Türkiyə, Rusiya və İran bütün sahələrdə əlaqələrini inkişaf etdirməlidirlər.

 

RİA Novosti agentliynə istinadən verilən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İran dövlət başçıları ilə görüşdən sonra bildirib.

 

“Biz ümumi fikirlərə gəldik ki,  bütün sahələrdə əlaqələrimizi inkişaf etdirməliyik”, deyə Ərdoğan vurğulayıb.

 

O həmçinin qeyd edib ki, görüşdə Suriya xalqının iradəsi ilə bu ölkədə irimiqyaslı, azad və ədalətli siyasi prosesə dəstək göstərilməsinə dair razılığa gəlinib.

 

Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüş Suriya probleminə həsr olunub./APA/


Teqlər:Ərdoğan

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar