Ərdoğan: `Əl-Bab əməliyyatının bitməsinə az qalıb`
24.12.2016 776 0.0 0

Suriyada Əl-Bab əməliyyatının bitməsinə az qalıb.
 
Məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İzmirdə yerli sakinlər qarşısında çıxış edərkən bildirib.
 
Onun sözlərinə görə, Türkiyə terrorla bir neçə cəbhədə mübarizə aparır: “Böyük dövlət belə günlərdə bəlli olur. Böyük dövlət bu əməliyyatlarda bəlli olur”.
 
Türkiyənin müdafiə naziri Fikri İşık isə İsmitdə Əl Bab əməliyyatının gedişi barədə məlumat verib: “Strateji yüksəklik azad edilib. Terror haradadırsa, təhdid haradan gəlirsə, ora qədər getmək və terrorçuları məhv etmək Türkiyənin prioritetidir”./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar