Ərdoğan: `İŞİD-in hədəfində mən varam`
15.05.2017 801 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hökumətinin “Türkiyə İŞİD-ə qarşı lazımı mübarizə aparmır” ittihamlarına cavab verib.
Xarici mediaya istinadən xəbər verilir ki, Pekində səfərdə olan prezident Ərdoğan jurnalistlərin suallarına cavabında sözügedən ittihamlara sərt şəkildə münasibət bildirib:
“İŞİD-ə qarşı ən böyük mübarizəni Türkiyə aparır. Bunun nəticəsidir ki, İŞİD terrorçuları dəfələrlə Türkiyədə terror aktları planlaşdırıb. Bu gün İŞİD-in hədəfində mən varam. Ona görə də İŞİD-in media orqanlarında tez-tez fotolarım dərc olunur. Bəs bizə iftira atanların da İŞİD-in hədəfləri siyahısında adları varmı? İŞİD onların da fotolarını yayımlayırmı? Əlbəttə ki, yox! Çünki onlar terrorçularla əməkdaşlıq edirlər”./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar