Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərilir
21.11.2017 1025 0.0 0

Azərbaycanın xalq artisti Rasim Balayevmüalicə olunmaq üçün Türkiyəyə gedəcək.

Bu barədə xalq artisti özü məlumat verib.

O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Müalicə alacağım xəstəxananın adını hələ bilmirəm. İndiyədək demək olar ki, Bakıdakı bütün xəstəxanaları gəzmişəm, hara göndərirdilər ora da gedirdim".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar