Ramiz Əzizbəyli: `Bayramda çox adamın yolunu gözləyəcəyəm`
15.03.2018 1059 0.0 0

 "Hazırda ev şəraitində müalicəmi davam etdirirəm".

Bunu açıqlamasında Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli bildirib.

Xalq artisti hazırda özünü yaxşı hiss etdiyini deyib: "Evdə yataq şəraitində müalicə alıram. Şəkər əleyhinə iynə vurdururam”.

R.Əzizbəyli Novruz bayramını onun ziyarətinə gələnlərlə birlikdə qeyd edəcəyini söyləyib: “Bayramda çox adamın yolunu gözləyəcəyəm. Bu, sənət yoldaşlarım, yaxud əzizlərim də ola bilər. Heç kimlə küsülü deyiləm”.

Qeyd edək ki, R.Əzizbəyli bir neçə ildir iflicdən əziyyət çəkir. O, uzun müddət İstanbulda müalicə olunub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar