Ramil Usubov Azərbaycanda 4 rayonun polis rəisini dəyişdirdi
14.05.2016 2674 0.0 0

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
 
Daxili İşlər Nazirliyindən təyinatları təsdiqləyiblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar