Ramil Səfərov barəsindəki iddialar yalan çıxdı
04.12.2021 306 0.0 0

Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla bağlı müxtəlif şayələr yayılıb.

Yayılan xəbərlərdə İddia olunurdu ki, guya, Ramil Səfərov 6 aydır ölkədə yoxdur və ermənilər onu xarici ölkələrin birində tutaraq Ermənistana aparıblar.

Qazeta.info xəbər verir ki, Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir qədər öncə Ramil Səfərovla telefonla danışığını yazıb.

“Ramil Səfərov zəng elədi, danışdıq. Ölkədədir, səhhəti normaldır, hər şey qaydasındadır. Şükür Allaha!”, - deyə jurnalist vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar