Raket zərbələrinə hədəf olmuş Hüms qubernatoru: Çox sayda ölən var
07.04.2017 737 0.0 0

Hüms qubernatoru raket zərbələri nəticəsində 5 nəfərin ölməsi, daha 7 nəfərin yaralanması barədə məlumat verib. Trend-in məlumatına görə, o, aerodroma yaxın ərazilərdə yaşayan dinc sakinlər arasında da ölən və yaralanan olduğunu bildirib.

X X X

Hüms vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələrinin nəticəsində çox sayda həlak olan və yaralılar var.

Trend-in məlumatına görə, qubernator belə bir informasiya ilə "Əl-Mayadin" telekanalında çıxış edib.

O deyib: "Suriyanın mərkəzində Şayrat aerodromuna ABŞ tərəfindən atılan raket zərbələri nəticəsində ölən və yaralananlar var".

Talal əl-Bərrazinin sözlərinə görə, aerodrom ərazisində raket zərbələrindən baş vermiş yanğının söndürülməsi və yaralıların təxliyə edilməsi bir neçə saat çəkib".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar