Rəşad Sadıqov `Roma` klubunun düşərgəsinə yollanıb
12.12.2017 1121 0.0 0

“Qarabağ”ın futbolçusu Rəşad Sadıqovİtaliyanın paytaxtı Romaya yollanıb.

Bu barədə Ağdam təmsilçisinin kapitanının özü məlumat verib.

O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12 - 15 dekabrda Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının XVII tur matçını izləyəcək. 

Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunacağı gözlənilir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar