Rəsədxana Yeni ayın görünməsi ilə bağlı açıqlama yayıb
04.06.2019 520 0.0 0

Şamaxı Astrofizika Rəsədxanası Yeni ayın görünməsi ilə bağlı rəsmi açıqlama yayıb. 

Qazeta.info xəbər verir ki, rəsədxanasının yaydığı məlumatda qeyd edilir ki, edilən çoxsaylı zəng və sorğulara cavab olaraq elmi əsaslarla bildirmək istərdik ki, Yeni ay  03 iyun 2019 -cu il tarixdə 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnmişdir. Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə  14-16 saatdan sonra mümkün olur.

Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı

04 iyun tarixində (axşam saatlarında 20:20 / 21:06 ərəfəsində) gözlə görünəcəkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar