Rəcəb Tayyib Ərdoğan `Türk axını` ilə bağlı qanunu imzalayıb
06.12.2016 752 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə imzalanan “Türk axını” təbii qaz kəmərinin tikintisinin razılaşdırılması haqqında qanunu təsdiqləyib. 

“Report” xəbər verir ki, prezidentin imzaladığı qanun Türkiyənin “Resmi Gazete”sində dərc olunub. 

Bununla da qanun qüvvəyə minib.

Türkiyə hökuməti qaz kəmərinin tikintisinin 2017-ci ilin əvvəlində başlayacağını istisna etmir.

Xatırladaq ki, bu il oktyabrın 10-da Ankara ilə Moskva arasında kəmərin Qara dənizin dibi ilə çəkilməsinə dair razılaşma imzalanıb.

İki xəttdən ibarət olacaq kəmərin bir xətti Türkiyəyə, digəri isə Avropaya təbii qaz nəql edəcək. Layihənin 2019-cu ilin dekabrında başa çatdırılması planlaşdırılıb. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar